Sankt-Peterburqda fırıldaqçılardan götürülən pulları aparan kuryə qarət edilib
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-də məlumat yayılıb.
Sankt-Peterburqda 76 yaşlı qadından fırıldaqçılar tərəfindən alınan 3,1 milyon rubl (təxminən 52,5 min manat) pulu aparan 38 yaşlı kuryer qadın qarət edilib.
Dələduzlar qadını pulların guya “deklarasiya edilməsi” üçün lazım olduğuna inandırıblar.
Kuryer pulu götürdükdən sonra yolda naməlum şəxs onun içində nağd pul olan çantasını əlindən alaraq qaçıb.
Hadisə ilə bağlı polis həm dələduzluq, həm də quldurluq faktı üzrə iki cinayət işi araşdırır.
Xuraman Etibarlı
İnterpress.az






