Rusiya Ukraynaya kütləvi zərbə endirməyə hazırlaşır.
İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski açıqlama verib.
Zelenskinin sözlərinə görə, Ukrayna kəşfiyyatı Rusiyanın kütləvi zərbə hazırladığı barədə yeni məlumat əldə edib.
O bildirib ki, Ukrayna Silahlı Qüvvələri mümkün hücumun qarşısını almaq və buna qarşı tədbirlər görmək üçün hazırlıq aparır.
Xuraman Etibarlı
İnterpress.az






