İsa Qəmbərdən “mühacir qalmaqalı”na münasibətbackend

İsa Qəmbərdən “mühacir qalmaqalı”na münasibət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, İsa Qəmbər sosial şəbəkədəki səhifəsində partiyaya qarşı ittiham səsləndirən Elnur Mirzəyevin fikirlərinə münasibət bildirib: “Yazıda ən çox diqqətimi çəkən Elnur Mirzəyevin bu sözləri oldu: \”Və məni partiyaya apardılar, orda qapıda gözlədim.
Sonra da mənə bildirildi ki, məsələ bir-iki günə həll olunacaq. Dedikləri kimi də oldu. İki gündən sonra mənə zəng gəldi ki, hazırdı. Və mənə bilet, Müsavatın nizamnaməsi, himni və strukturları haqda bir qovluq verdilər. \”…apardılar, …bildirildi, …zəng gəldi, …qovluq verdilər…\”. Kim??? Kimlər???

Bax Elnur Mirzəyev bunu da desə, saxta sənəd işbazlarının ifşasına böyük xidmət göstərmiş olar\”.

Qeyd edək ki, “Yeni Müsavat” qəzetinin yazarı Elbəyi Həsənli də məsələ ilə bağlı ciddi ittihamlar səsləndirib. Elbəyi Həsənli xaricə yaşayan bir çox siyasi mühacirlərin bu məsələdə iştirakı olduğunu bildirib.

İnterpress.az