Vətən oğlu, çaxmağı çək!backend

Vətən oğlu, çaxmağı çək!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İblis mələk libasında,
Dövrəmizdə tutub qərar.
Vətən oğlu, bu diyarın
Dostundan çox düşməni var.
Çaxmağı çək qoy ayılsın,
Zaman-zaman farsın, rusun,
İngilisin, fransızın qucağında,
Şirə dönmüş, Qarı düşmən
Zaman-zaman Ulu Türkün
Ocağında “at oynadan”
Qarı düşmən, zəli düşmən.
Çaxmağı çək qoy ayılsın,
Zəncirləyib ermənini,
Ona buna “fas” deyənlər,
Qapdığını “kəs” deyənlər.

Çaxmağı çək, qoy ayılsın,
Geyib tülkü libasını,
Bu ölkənin sərvətinə,
Tamah salıb, gözün dikən
Dəllal, baqqal sürüləri…
“Dovşana qaç, tazıya tut”
Deyən çaqqal sürüləri.

Çaxmağı çək, qoy ayılsın,
„Soyumuz bir, kökümüz bir,
Dədəmiz bir, babamız bir,
Obamız bir, elimiz bir,
Ləhcəmiz bir, dilimiz bir… “
Dildə deyən, ürəyi yad,
Əməli yad, istəyi yad
Neçə-neçə “qardaşımız”
Neçə-neçə “sirdaşımız”. . .

Çaxmağı çək, qoy ayılsın,
Uyub düşmən fitvasına
Hərdən çaşıb yolun azan,
“Yatan türkə” quyu qazan,
Bir Vətəndə ömür sürən,
Bir torpaqda can çürüdən,
Tatı, kürdü, həm ləzgisi
Yəhudisi, həm talışı,
Unutmasın heç bir zaman,
Parçalanmaz, pay verilməz,
Bu torpağın bir qarışı!

Çaxmağı çək, qoy ayılsın,
Tutub tanrı ətəyindən,
Görüb millət məhşərini,
Çıxıb minbər qənşərinə,
Başkəsənə rəvac verən,
Həqiqəti əyri görən,
“Allahımız, dinimiz bir,
Quranımız, andımız bir!”
Deyən naqqal sürüləri,
Mömin “saqqal” sürüləri.

Çaxmağı çax, qoy ayılsın,
Alçaqlığı seçib peşə,
Yaltaqlıqla ömür sürən,
Amalına yetmək üçün,
Ordan çıxan, burdan girən,
Çaxmağı çax, qoy görünsün,
O biqeyrət satqınların,
Tülkü kimi qorxaqların,
O sərvətsiz istəkləri,
Daşa dönmüş ürəkləri!

Çaxmağı çək, qoy „görünsün“,
Rəzillərin azğınlığı.
Haramlıqla “kişi” olan,
Bir çörəyə göz dikənə,
Qan uddurub divan tutan,
İtin, qurdun kölgəsində,
Tula kimi xumar yatan!
İstəyinə, azğınlıqla,
Pozğunluqla gedib çatan,
O şərəfsiz “kişilərin”,
O şərəfsiz sifətləri.

Çaxmağı çək, qoy „görünsün“,
Yeri, yurdu talan olmuş,
Od vurulmuş torpağı da,
Dağıdılmış ocağı da,
Bu millətin fəryadı da,
Əl yetməyən imdadı da,
Eşidilsin, qoy Çingizin,
Hönkürtüsü, fəryad səsi,
…Qışda çölün ayazında,
İki yaşlı bir körpənin,
Göydə qalmış körpə əli,
Buza dönmüş buz heykəli.

Çaxmağı çək, qoy ayılsın,
Bu ölkəni edib bardaq,
Kefi xürrəm, damağı çağ,
Toyuq kimi qaqqıldaşıb,
Bayquş kimi ulayanlar!
Çaxmağı çax, bilsin hamı,
İndi düşmən lövbər salıb,
Bu ölkənin torpağında,
Onun halal ocağında.
Mahnı ilə muğamatla,
Sızıldayan tar-kamanla,
Zurna, qaval, balabanla,
Keçirilsə milyon “yarış”,
Ələ gəlməz o torpaqdan,
Bircə ovuc, bircə qarış.

Çaxmağı çək, qoy ayılsın,
Dərdi-səri para olan,
Bu millətə yara olan,
Məmmləkətdə “söz” deyənlər,
Belə dərdə döz deyənlər!…
Toy-düyündə zurna ilə
Güllə atan, xoruzlanan,
Qarı düşmən qarasına.
Sındırmaqla məlhəm çəkən
Bu millətin yarasına. . .

Çaxmağı çək, qoy qanına,
Qəltan olsun Qarı düşmən.
Çaxmağı çək, qoy anlasın,
Dədə-baba torpağından
Tula payı olsa belə
Ona qismət olmayacaq,
Ona sərvət qalmayacaq.
Çaxmağı çək, qoy kükrəsin,
Bu təklənmiş bir millətin
Qəzəb hissi, qisas hissi…
Yanma düşmən ağrısına,
Baxma onun acısına,
Aman vermə o iblisin
Cavanına, qocasına,
Anasına, bacısına.
Qoy desinlər qan tökənik,
“Başkəsənik, yurd sökənik”,
Deməsinlər qaniçənə,
Baş əyənik, diz çökənik.
Tanrı haqqın tərəfində,
O, nahaqqın qənimidir.

Çaxmağı çək, qoy ayılsın,
Qoy anlasın qarı düşmən,
Bu torpağın sahibi biz,
Bu torpaqda dövran sürüb,
Həm kökümüz, həm nəslimiz.
Bu diyarın hər guşəsi,
Bizə həyat, bizə candır,
Doğma Vətən, həm Cahandır.
Bura Azərbaycandır,
Böyük Azərbaycandır!