2000-dən çox yük maşını Rusiya-Gürcüstan sərhəddində yolun açılmasını gözləyirbackend

2000-dən çox yük maşını Rusiya-Gürcüstan sərhəddində yolun açılmasını gözləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Güclü qar və yolların buz bağlaması səbəbindən Rusiya-Gürcüstan sərhədi yaxınlığında təxminən 2 min yük maşını dayanıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Məlumata əsasən, 2000-dən çox yük maşını Rusiya Federasiyasından Gürcüstan istiqamətinə çıxmaq üçün qeydiyyata alınıb.

Noyabrın 22-də Gürcüstanın Avtomobil Yolları Departamenti Mtsxeta-Stepantsminda-Lars avtomobil yolunun Qudauri-Kobi hissəsində yüngül avtomobillərin hərəkətinin bərpa olunduğunu bildirib.

Bu gün, noyabrın 23-də Avtomobil Yolları Departamenti bildirib ki, aparılan təmizləmə işləri nəticəsində beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Lars avtomobil yolunun Qudauri-Kobi hissəsində qoşqu və yarımqoşqulu avtomobillərin hərəkəti də bərpa edilib.

Qeyd edək ki, Yuxarı Larsdan keçən yol Rusiyanı Gürcüstan və Ermənistanla birləşdirən yeganə quru yoludur.