Borcuna görə sərhəddən qaytarılan kişi məhkəmə vasitəsilə TƏZMİNAT ALDIbackend

Borcuna görə sərhəddən qaytarılan kişi məhkəmə vasitəsilə TƏZMİNAT ALDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada borcuna görə Türkiyəyə buraxılmayan kişi məhkəmə yolu ilə 145 min rubl təzminat alıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiyada bir kişi 93 min rubl (təxm. 2 min man) kredit borcuna görə ölkədən çıxışına qoyulan qadağadan xəbərsiz olduğu üçün Türkiyəyə planlaşdırdığı istirahətə gedə bilməyib.

O, həyat yoldaşı ilə birlikdə dəniz kənarında tətil etmək üçün 140 min rubl (təxm. 3 min man) ödəyərək turpaket alıb.

Lakin kişi hava limanında pasport nəzarətindən keçərkən ölkədən çıxışına məhdudiyyət qoyulduğunu öyrənib.

Məlum olub ki, məhkəmə icraçıları kredit borcuna görə onun ölkədən çıxışını qadağan ediblər. İddiaçıya nə bu barədə əvvəlcədən məlumat verilib, nə də “Dövlət xidmətləri” portalında bildiriş göndərilib.

Kişi hüquqlarının pozulduğunu əsas gətirərək məhkəməyə müraciət edib. İşə Rusiya Ali Məhkəməsində baxılıb və onun xeyrinə qərar çıxarılıb.

Məhkəmə bildirib ki, borcluya icra icraatı barədə məlumat verilməyib və borcunu könüllü ödəməsi üçün vaxt tanınmayıb.

Nəticədə dövlət xəzinəsindən ona turpaketin dəyəri olan 140 min rubl (təxm. 3 min man), mənəvi zərərə görə isə 5 min rubl (təxm. 105 man) olmaqla, ümumilikdə 145 min rubl təzminat ödənilməsi qərara alınıb.

Bundan əlavə, məhkəmə xərclərinin də qarşılanması nəzərdə tutulub.

Xuraman Etibarlı

İnterpress.az