2040-cı ilə qədər Bakı şəhərində istilik enerjisinin sərfi 6 milyon 466 min 913 MVt-a çatdırılacaq.
İnterpress.az-ın xəbərinə görə, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.
Sənədə əsasən, bu 2020-ci ilin (planın hazırlama vaxtı) göstəricisindən 5 milyon 11 min 253 MVt və ya 4,4 dəfədən çoxdur.
2027-ci ildə bu rəqəm 3 milyon 25 min 095 MVt olacağı proqnozlaşdırılır.
Qeyd edək ki, gələcəkdə şəhərin istilik təchizatı sisteminə təsir edə biləcək bir çox amillər mövcuddur. Bu amillərdən biri əhali artımı, enerji səmərəliliyi standartlarıdır. Bu standartlar həm mövcud istilik təchizatı sisteminə, həm də yeni sistemlərə qoşulan yeni binalara tətbiq edilməlidir. Standartların tətbiqi istilik tələbatının əhəmiyyətli dərəcədə aşağı düşməsinə səbəb olacaq.
Bundan başqa, yeni salınan yaşayış massivlərində istilik və elektrik təchizatının təmin edilməsi üçün birgə istehsal qurğularının tikintisi nəzərdə tutulub.