Çin Dövlət Başçısı Si Cinpin iki ölkə arasında “dostluq səfirləri” olaraq pandaları ABŞ-a göndərəcəklərini açıqlayıb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Çin sədri Xi dünən ABŞ prezidenti Co Baydenlə görüşdən sonra iş adamları ilə şam yeməyində bir araya gəlib.
Xi buradakı çıxışında deyib ki, biz pandaların nəslinin kəsilməsini qorumaq üçün ABŞ ilə əməkdaşlığa hazırıq.
ABŞ-a veriləcək pandaların iki ölkənin dostluğunu təmsil edən səfirlər olduğunu deyən Xi, pandaların nə vaxt göndəriləcəyini açıqlamasa da, heyvanların Kaliforniya ştatına göndəriləcəyinə eyham vurub.
Xi ABŞ vətəndaşlarının Vaşinqton Milli Zooparkından Çinə qayıdan Mey Xiang, Tian Tian və balaları Şia Çi Ci ilə vidalaşmaqda çətinlik çəkdiklərini və San Dieqo Zooparkının pandaları görməyi səbirsizliklə gözlədiyini öyrəndiyini söyləyib.