İtkin düşən qadının cəsədi meşədə çamadanda TAPILDI – 15 yaşlı oğlu HƏBS EDİLDİbackend

İtkin düşən qadının cəsədi meşədə çamadanda TAPILDI – 15 yaşlı oğlu HƏBS EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Peterburqda anasını öldürüb meyitini çamadana qoyan 15 yaşlı yeniyetmə saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Rusiyanın Sankt-Peterburq şəhərində 15 yaşlı yeniyetmə doğma anasını qətlə yetirməkdə şübhəli bilinərək saxlanılıb. Qadının meyiti çamadana yerləşdirilmiş vəziyyətdə aşkarlanıb.

Məlumata görə, qadın noyabrın əvvəlində itkin düşüb. Bir müddət sonra onun cəsədi Parqolovo qəsəbəsində, Yukkovski çayı yaxınlığındakı meşə cığırında tapılan çamadanın içərisindən çıxıb.

Hadisə ilə bağlı aparılan ilkin əməliyyat tədbirləri nəticəsində mərhumun 15 yaşlı oğlu qətldə şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb, istintaq davam edir.

Xuraman Etibarlı

İnterpress.az