Stavropolda ticarət mərkəzində terror aktı planlaşdıran şəxs tutulub.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.
Rusiya FSB əməkdaşları Stavropol şəhərindəki ticarət mərkəzlərindən birində partlayış törətməyə hazırlaşan Mərkəzi Asiya ölkələrindən birinin vətəndaşını yaxalayıblar.
Məlumata görə, şübhəli şəxs insanların sıx toplaşdığı ticarət obyektində qanlı terror aktı həyata keçirmək məqsədilə xüsusi hazırlıq işləri görürmüş.
Təhlükəsizlik orqanlarının vaxtında həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində planlaşdırılan partlayışın qarşısı alınıb.
Faktla bağlı terrorçuluq maddəsi üzrə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Xuraman Etibarlı
İnterpress.az






