Hava limanında baş verən uğursuz zarafat Çelyabinskdən olan 18 yaşlı idmançı üçün cinayət işi ilə nəticələnib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Rusiyanın qayaya dırmanma üzrə milli komandasının üzvü, 18 yaşlı Kirill E. hava limanında etdiyi uğursuz zarafata görə məsuliyyətə cəlb olunub.
Gənc idmançı barəsində terror aktı barədə bilərəkdən yalan məlumat vermə maddəsi ilə cinayət işi başlanılıb.
Hadisə Perm şəhərinin hava limanında qeydə alınıb. Təhlükəsizlik xidmətinin əməkdaşları yoxlama zamanı gəncin baqajında daşınan enerji bankı (“powerbank”) aşkarlayaraq onu əlavə baxışa dəvət ediblər.
Nəzarətçinin çantada nə olduğunu soruşmasına idmançı kinayə ilə “bomba” cavabını verib.
Baxış zamanı heç bir partlayıcı maddə tapılmasa da, təlimata uyğun olaraq əraziyə polis çağırılıb.
Ekspertiza onun sözlərində real təhdid olmadığını bildirsə də, iş artıq məhkəmə araşdırmasına göndərilib.

Xuraman Etibarlı
İnterpress.az






