Fransada matəm günləri başladıbackend

Fransada matəm günləri başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkə prezidenti Fransua Ollandın elan etdiyi bu gündən başlayan matəm günləri noyabrın 17-ə gədər davam edəcək.

Ölkədə əyləncəli tədbirlər təxirə salınıb, dövlət bayraqları yarıyadək aşağı salınıb, Parisin bir sıra muzeyləri və bazarları bağlanıb.

Bu gün Parisdə yerləşən Məryəm Ana kilsəsində qurbanların doğmaları və yaxınları, həmçinin dəhşətli hadisələr zamanı sağ qalanlar üçün kilsə ayinləri keçiriləcək.

Cümə günü axşam girovların götürüldüyü və ən çox qurbanların olduğu “Bataklan” konsert zalından 200-300 metr aralıda yerləşən “Respublika” meydanında anım güşəsi təşkil olunub. İnsanlar bura gül, şam və plakatlar gətirlər.

Eyni zamanda Fransa polisi sakinlərə evdən çıxmamağı tövsiyyə edirlər. Bundan əlavə şəhərlərdə fişəngdən istifadə qadağan edilib. Ötən gün Banyolda toyda buraxılan fişəng şəhər sakinləri arasında təşfişə səbəb olub – insanlar fişənq səslərini güllə səslərinə bənzədiblər. Nəticədə hadisə yerinə polis və helikopterlər cəlb olunub.

Fransanın müsəlman icmalarının nümayəndələri İŞİD terror qruplaşmasının öz üzərinə götürdüyü Parisdəki terror aktlarını pisləyiblər. Bundan əlavə bir çoxları Fransada ki müsəlmanların təzyiqlərə məruz qalacaqlarından ehtiyyat edirlər.

Paris hadisələrinə görə, eyni zamanda bir neçə qrup öz konsertlərini təxirə salmağı qərara alıblar. “U2” qrupu öz Twitter səhifəsində Parisdə törədilən terror aktlarına münasibət bildirib. “Biz Parisdə baş verənlərdən şokdayıq. Ürəklərimiz zərərçəkənlərin ailələri ilədir. “Eagles of Death Metal” qrupunun konsertində insanların həlak olmaları bizi məyus edir.” ( anspress.com )

İnterpress.az