16 yaşlı yeniyetmənin ağciyərləri elektron siqaretə görə 90 faiz zədələnib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Elektron siqaretdən istifadə edən 16 yaşlı yeniyetmənin ağciyərlərinin təxminən 90 faizinin zədələndiyi bildirilir.
Məlumata görə, intensiv müalicəyə baxmayaraq, ağciyər toxumasının zədələnmiş hissəsinin 40 faizinin bərpa olunmayacağı ehtimal edilir.
Bildirilir ki, elektron siqaret istifadəsi yeniyetmədə tənəffüs sisteminin zədələnməsi sindromuna səbəb olub.
Ağciyərlərdə yağabənzər maddənin toplanması və alveolların normal fəaliyyətinin pozulması qeyd edilir.
Həkimlər vəziyyəti elektron siqaret mayesinin tərkibindəki qliserin və nikotin duzlarının davamlı təsiri ilə əlaqələndirirlər.
Xuraman Etibarlı
İnterpress.az






