İnterpress.az ərəb mediyasına istinadən xəbər verir ki, Yəmənin Ənsarullah Xalq Hərəkatı sözçüsü Məhəmməd Əbdüs-Səlam, Yəməndə böhranın müvəqqəti hökumətin yaradılması və seçkilərin keçirilməsi ilə mümkün olduğunu dedi.
Əbdüs-Səlam, dünən verdiyi açıqlamada, \”Yəməndə siyasi böhranın həll yolunun ancaq müvəqqəti hökumətin qurulması və sonra seçkilərin keçirilməsi ilə mümkün ola biləcəyini\” qeyd edərkən, münaqişələrin tez bir zamanda dayanmasını istədiklərini, çünki münaqişələrin Yəmən xalqının zərərinə olduğunu və müzakirələrin də hücumların kölgəsində qalmamasının lazım olduğunu söylədi.
Məhəmməd Əbdüs-Səlam, Ərəbistanı, Yəmən müzakirələrinin məğlubiyyətə uğramasının əsl günahkarı kimi qiymətləndirərkən, \”Yəmənin siyasi problemlərinin həllinin mümkün olduğunu\” dilə gətirdi. Alınan başqa bir xəbərə görə isə, Yəmən qüvvələri və ordusu, Ərəbistanın rəhbərliyindəki koalisiya güclərinə aid bir hərbi təyyarəni Taİz şəhəri sahillərində məhv etdilər.
Bu arada Yəmən ordusunun raket birlikləri də, dünən Ərəbistanın Cizan bölgəsindəki hərbi bazasını hədəf aldı. Digər tərəfdən, Ərəbistan döyüş təyyarələri Səidənin Ketaf bölgəsində elaşaş adlı bir məscidi bombalayıblar. Digər tərəfdən, Səudiyyə təyyarələrinin Taiz şəhərinin Əl-Əyar bölgəsində bir bazarı bombalaması nəticəsində çox sayda mülki vətəndaşın öldüyü və yaralandığı xəbər verilir.
İnterpress