Fransada baş verən terror aktı bütün dünyanı sarsıtdı. Dinc insanlara qarşı edilən hər hansı hücum ağrılıdı. Eyni zamanda bu ölkədə baş verən terror aktı çoxlarını Fransa tarixini vərəqləməyə məcbur etdi. Fransa tarixində İŞİD-ın insanlıq tarixində törətdiyi vəhşətdən daha rəzil dramlar yaşanıb. Elə götürək, Fransanın Əlcəzairdə törətdiyi vəhşəti. Bəli, o zaman Əlcəzairdə öldürülənlər dinc və günahsız, eyni zamanda əliyalın insanlar idi. Onların bir günahı var idi: Əlcəzairdə doğulmaq.
Yəqin eşitmiş olarsınız, o zaman dəb şəhəri, moda beşiyi olan Fransada belə bir adət yayılmışdı. Orduda xidmət edən hər bir fransalının arxivində mütləq Əlcəzair qətliamını əks etdirən bir foto olmalı idi. Fransalılar uzun illər əlində kəsilmiş əlcəzairlinin başı olan şəkilləri ilə fəxr edirdilər. Fransa eyni zamanda gözəl ətirlərin məkanıdır. Amma fransalıların öyündüyü o fotolardan boylanan kəsilmiş insan başının çox dəhşətli qoxusu var. O qoxu 13 noyabrda insanların bir daha burnuna doldu, qəlblərini ağrıtdı. Fərq etməz, kimin qanının qoxusu idi, İNSAN qoxusu idi, günahsız İNSAN qoxusu…
Qoxu demişkən, Fransa parlamentidən bəzən elə kəskin, elə öldürcü qoxu gəlir ki, hətta dolub daşan kanalzasiya borusundan da elə idbar qoxu gəlmir.
Fransa parlamenti bəlkə də Fransa tarixində ən gülünc və ağlasığmaz addım atdı: “Erməni soyqırımı”nın inkarı qadağan edildi.
Fransa “erməni soyqırımı olmayıb” deyənə, hətta, ölən ermənilərin sayını dəfələrlə az söyləyənə 45 min avro cərimə, bir il də həbs vermək istəyir. Bu isə insan haqların, demokratiyaya və ümumilikdə azad fikirə sayğısızlıqdır. Tarixin gözünü yummaq, həqiqətləri üzə çıxarmaq əvəzinə üstünü qapamaqdır.
Fransa Parlamentinin aşağı platasının, 2011-ci ilin dekabrın 22-də erməni soyqırımının inkar edilməsinin cinayət hesab edilməsiylə bağlı qanun layihəsi qəbul etməsinə dünyanın verdiyi kəskin reaksiya Fransa – Xarici İşlər naziri Alain Juppeni də “narahat” etdi və o, “demokratik” münasibətini sərgilədi:
Parlament təşəbbüsü qəbul edib. Türkiyədəki dostlarımı bu məsələni çox da aşırı reaksiya verməməyə çağırıram.
Bizim birgə çox işlərimiz var. Fransa ilə Türkiyənin əlaqələri bir çox sahələrdə çox sıxdır”. Buna siyasi gediş də demək olar, çoxüzlülük də. hər nə desən yapışar, amma mənfi mənada.
Fransanı mədəniyyətin beşiyi adlandırmaq da o qədər düzgün yanaşma deyil. Çünki ermənilər bütün zamanlarda işğal etdiyi ərazilərdə tarixi mədəniyyət abidələrini yerlə yeksan edib. Fransa parlamentinin müdafiə etdiyi ermənilər istər Azərbaycanda, Türkiyədə, İranın Urmu bölgəsində törətdikləri vəhşiliklər zamanı qarşılarına çıxan bütün mədəni abidələri darmadağın ediblər. Ən qədim insan məskəni olan Azıx Mağarasını da həmçinin. Ermənilər bütün dövlərdə törətdikləri silsilə cinayətlər zamanı İŞİD-ın terrorçularının ağlına gəlməyən vəhşiliklər ediblər. İŞİD terrorçuları hamilə qadının qarnını yarıb, balasını çıxarıb kabab çəkib digər əsirlərə məcburi şəkildə yedirtməyib.
İŞİD terrorçuları əlində sazı olan, siyasətdən uzaq aşığın belinə samovar bağlayıb, belində samovar qaynatmayıb. İŞİD terrorçuları 2 yaşlı körpəni də zorlamayıblar. Bütün bu vəhşəti, insanlıq tarixinə qara ləkə olan rəzilliyi Fransa Parlamentinin müdafiə etdiyi ermənilər, bəli erməni xalqı törədib. Yəqin ki, aradan illər ötəcək (əsrlərin ötməsinə ehtiyac qalmayacaq, çünki indi sürət əsridir) Fransa Parlamenti İŞİD-ı tarixdə terror təşkilatı kimi təqdim edənlərə 50-60 min avro cərimə kəsəcək.
Bu gün İŞİD Suriyada Palamir kimi qədim tarixi şəhəri viran qoydu. Hətta bu şəhərin tarixçi aliminin də başını kəsdi. Bu dəhşətlidir. Amma Fransa Parlamentinin müdafiə etdiyi ermənilər bu vəhşiliyi İŞİD-dan qabaq etmişdi. Ermənilər işağl etdikləri torpaqlarımızdakı bütün tarixi abidələri yerlə-yeksan ediblər, üstəlik, Allahın Evi olan məscidlərimizi donuzdamına çeviriblər.
Fransa Parlamentinin müdafiə etdiyi ermənilərin nifrəti o qədər böyükdür ki, hətta daşa-torpağa yönəlikdir. Bu nifrətin qarşısını Allah da ala bilmir. Çünki virana qoyulan tarixi abidələrin çoxu elə Allahın Evidir-məscidlərdir.
Fransada günahsız insanların ölümü ilə nəticələnən faciəni törədən İŞİD terrorçuları əslində ermənilərin yüz illər boyu etdikləri vəhşiliyi imitasiya ediblər. Əslində bu imitasiya reallıqla (ermənilərin etdikləriylə) müqayisədə çox zəif alınıb. Əziz Fransa xalqı və fransasevərlər bu vəhşiliyin orijinalının yaşatdığı acını AZƏRBAYCANSEVƏRLƏRDƏN soruşa bilərlər.
Arzu Abdulla
İnterpress