Rusiyada azərbaycanlılar döyüldübackend

Rusiyada azərbaycanlılar döyüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın şimal paytaxtında – Sankt Peterburqda azərbaycanlıların da iştirakı ilə kütləvi dava baş verib. ANS PRESS-in məlumatına görə, hadisə ötən gün Marşal Zaxarova və Doblesti prospeklərinin kəsişməsində yol üstündə düşüb.

Rusiya mətbuatında yer alan məlumata görə, davaya səbəb yol üstündə piyada və sürücü arasında baş verən mübahisə olub. Belə ki, bir qrup piyada yolu keçmək üçün piyada keçidinə yaxınlaşıb. Lakin bu zaman onların yollarında avtomobil dayanıb. Yolları maşınla kəsilən şəhər sakinləri öz etirazlarını bildiriblər, maşında olan azərbaycanlılar isə onlara cavab veriblər.

Mübahisəyə qoşular rusiyalılar arasında bir boksçu da olub. Məhz o maşındakı azərbaycanlıların ağır xəsarətlər almasına səbəb olub. Adları açıqlanmayan azərbaycanlılar xəstəxanaya yerləşdiriliblər.

Yaralılara kəllə beyin travması, döş qəfəsi zədədlənməsi diaqnozu qoyulub.

Şahidlərin çağırdığı polis üç rusiyalını saxlayıb. Onların yaşları 25-27 arasında olub.

İnterpress