İnternet fasilələrlə işləyirbackend

İnternet fasilələrlə işləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Delta Telecom”dan Trend-ə bildiriblər ki, bu, texniki problemlərlə bağlıdır:

“Problem onunla əlaqədardır ki, DATA-mərkəzə qoşulan kabellər işləməyib. Hazırda problemləri aradan qaldırırıq”.

Qeyd edək ki, bugün Bakı vaxtı ilə saat 16 radələrində Azərbaycan ərazisi üzrə internet kəsilib.

İnternetin kəsilməsi ölkənin elektron ödəniş sisteminin işində də problemlər yaradıb.

İnterpress.az