Türkmənlərlə Kürdlər razılaşdı!backend

Türkmənlərlə Kürdlər razılaşdı!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az ərəb mətbuatına istinadən xəbər verir ki, rayondakı Peşmərgə qüvvələri ilə Haşdı Şəbiyə bağlı Bədr Briqadaları arasında baş verən toqquşmalarda hər iki tərəfdən onlarla insan həyatını itirərkən, onlarla da yaralanıb. Bugün Bədr Briqadaları Tuzhurmatu bürosunda bir mətbuat konfransı keçirib. Hər iki tərəfin iştirakı ilə keçirilən birgə mətbuat konfransında tərəflər arasında barığıq mətni oxundu. Haşdı Şəbi Tuzhurmatu komandanı Yılmaz Şahbaz tərəfindən anlaşma mətni mətbuata ötürülüb. Tərəflər arasında barışıq müqaviləsində belə qərara alınıb:

1. Rayondakı gərginliyin aradan qaldırılması.

2.Rayon mərkəzindəki təhlükəsizliyi təmin etmək üçün bütün tərəflərin iştirakı ilə birgə bir gücün yaradılması.

3.Ani vəziyyət, böhran və gərginliklərə təcili müdaxilə edəcək bir komissiyanın qurulması. Bu komissiyanın gündəlik olaraq toplantı keçirməsi və yarana biləcək hər hansı bir gərgin hücumun qarşısının alınması.

4.Son beş gün ərzində rayonda baş verən hadisələrdən dolayı bütün zərər və ziyanın müəyyən edilməsi. Zərər görən dükan, iş yeri, ev və xüsusi mülkiyyət sahiblərinə kompensasiya ödənilməsi. Həlak olanların ailələri və yaralılara təzminat ödənməsi. Qaçanların ən qısa zamanda sərbəst buraxılması.

5.Tərəflər arası ortaq bir komissiya qurularaq hadisələri başlayanların müəyyən edilməsi, barələrində həbs qərarı çıxarılması və daha sonra ədalətə təslim edilməsi.

6.Olaylar zamanı ev-eşiyini tərk etmək məcburiyyətində qalan bütün vətəndaşların evlərinə qayıtmalarının təmin edilməsi.

7. Rayondakı bütün təhlükəsizlik qüvvələrini yenidən nəzərdən keçirmək və yeni bir təhlükəsizlik qüvvəsi yaradılmasına qərar verilməsi.

Interpress