Hindistanda qapıları açıq qalan lift qadını əzərək öldürüb.
İnterpress.az xəbər verir ki, bu barədə Hindistan KİV məlumat yayıb.
Hindistanda faciəvi bədbəxt hadisə baş verib. 50 yaşlı Vinita qızı və balaca nəvəsi ilə birlikdə liftdən çıxarkən qəfil lift aşağıya doğru sürətlə süqut edib.
Qapıları açıq şəkildə xarab olan liftin qəfil hərəkət etməsi nəticəsində qadın mərtəbə ilə qaldırıcı qurğu arasında sıxılıb qalıb.
Qonşular dərhal köməyə çataraq ağır xəsarətlər alan qadını sıxıldığı yerdən çıxara bilsələr də, onun həyatını xilas etmək mümkün olmayıb.
Bədəninin müxtəlif nahiyələrindən ağır zədələr alan 50 yaşlı kadın aparıldığı xəstəxanada dünyasını dəyişib.
Xuraman Etibarlı
İnterpress.az






