Rusiyada 16 yaşlı yeniyetmə dövlət bayrağına qarşı hərəkətinə görə saxlanılıb
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Ryazan vilayətinin Sasovo şəhərində 16 yaşlı yeniyetmə Rusiya dövlət bayrağına qarşı hörmətsizlik nümayiş etdirdiyi üçün saxlanılıb.
Bildirilir ki, yeniyetmə bayrağın üzərinə tüpürüb, bir neçə dəfə onu tapdalayıb və görüntüləri sosial şəbəkələrdə paylaşmaq məqsədilə videoya çəkib.
Video hüquq-mühafizə orqanlarının diqqətini çəkib.
Saxlanıldıqdan sonra yeniyetmə üzrxahlıq videosu yayıb.
O, dövlət bayrağına təhqirə görə məsuliyyət nəzərdə tutan maddə ilə bir ilədək azadlıqdan məhrum edilə bilər.
Xuraman Etibarlı
İnterpress.az






