KTMT Ermənistanla hərbi, hərbi-texniki və ya digər sahələrdə əməkdaşlıq etmir.
İnterpress.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə Birinci departamentinin direktoru Mixail Aqasandyan RİA Novosti-yə müsahibəsində bildirib.
O qeyd edib ki, KTMT Ermənistanla hərbi, hərbi-texniki və digər sahələrdə əməkdaşlıq etmir.
Aqasandyan bu açıqlamanı İrəvanın KTMT-nin hərbi-texniki məhsulların tədarükü üzrə güzəştli şərtlərindən yararlanıb-yararlanmadığı ilə bağlı suala cavabında verib.
Xuraman Etibarlı
İnterpress.az






