Norveç kralı V Haraldın səhhəti kəskin pisləşib.
İnterpress.az xəbər verir ki, bu barədə NRK telekanalı məlumat yayıb.
Norveç Kral Sarayı 89 yaşlı monarx V Haraldın səhhətinin istirahət günlərində kəskin pisləşdiyini açıqlayıb.
Buna səbəb monarxın qanında yaranan bakterial infeksiya olub.
Kral V Harald avqustun 17-də infeksiya və hemolitik anemiya fəsadları səbəbindən xəstəxanaya yerləşdirilib.
Həkimlər monarxın müalicəsini davam etdirirlər.
Xuraman Etibarlı
İnterpress.az






