Ana oğlunu nənəsini öldürməyə MƏCBUR ETDİbackend

Ana oğlunu nənəsini öldürməyə MƏCBUR ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada 13 yaşlı məktəblinin nənəsinin öldürülməsində şübhəli bilindiyi bildirilir.

İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

İvano-Frankivsk vilayətində 13 yaşlı məktəblinin anasının göstərişi ilə nənəsini öldürdüyü iddia olunur.

Məlumata görə, ana qadının diqqətini yayındırıb, daha sonra yeniyetmə arxadan ona ip ilə hücum edərək boğmağa başlayıb.

İddialara görə, daha sonra ana bıçaq gətirərək oğluna qadını öldürməyi tapşırıb. Yeniyetmə nənəsinin başına və əllərinə zərbələr endirib və sonda bıçağı onun başına sancıb.

Hadisədən sonra 3 min dollar (təxminən 5 100 manat) və 13 min qrivna (təxminən 550 manat) götürülüb.

Pulun bir hissəsinin borcların ödənilməsinə xərcləndiyi bildirilir.

Məhkəmə yetkinlik yaşına çatmayan şəxsin yaşını və məcburetmə hallarını nəzərə alaraq, yeniyetməyə qarşı məcburi tərbiyə tədbirlərinin tətbiq edilməsi – onun nəzarət altına alınması və 3 il müddətinə uşaqlar və yeniyetmələr üçün xüsusi təhsil və islah müəssisəsinə göndərilməsi barədə qərar qəbul edib.

Yeniyetmənin anasını 15 ilədək həbs cəzası gözləyir.

Xuraman Etibarlı

İnterpress.az