Türkiyədə turist qıza dənizdə cərrah balığı HÜCUM ETDİ – VİDEObackend

Türkiyədə turist qıza dənizdə cərrah balığı HÜCUM ETDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə dənizdə üzən rusiyalı turist yaralandı: Cərrah balığın hücum etdiyi ehtimal olunur

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Türkiyənin Alanya kurortunda istirahət edən Liza adlı gənc qız və valideynləri dənizdə gözlənilməz hadisə ilə üzləşiblər. Qız dənizə baş vurduqdan sonra ayağında kəskin ağrı hiss edib.

Sudan çıxdıqda ayağında iti ülgüclə kəsilmiş kimi hamar bir yaranın olduğu məlum olub. Zərərçəkən dərhal xəstəxanaya çatdırılıb və ona altı tikiş qoyulub. Müalicə üçün 700 avrodan çox (təxminən 1391 manat) xərc çıxıb.

Qızın valideynləri hadisənin baş verdiyi yerdə dənizin dərinliyinin dörd metr olduğunu, yaxınlıqda heç bir daş və ya plitənin olnmadığını, dibin isə adi qumdan ibarət olduğunu bildiriblər.

Onlar ayağın bu dərəcədə ağır zədələnməsinin səbəbini anlaya bilməyiblər.

Yerli sakinlərin ehtimalına görə, turistə dənizdə “cərrah balığı” hücum edə bilər.

Bu balığın quyruq gövdəsinin yan tərəflərində yerləşən iti sümük lövhələri insana ağır kəsik xəsarətləri yetirmək qabiliyyətinə malikdir.

Xuraman Etibarlı

İnterpress.az