Adlarla bağlı xəbər yazan saytlar cərimələnəcəkbackend

Adlarla bağlı xəbər yazan saytlar cərimələnəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məsələ ilə bağlı İnterpress.az-a Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Səyalı Sadıqova münasibət bildirdi: “Bu xəbər kökündən yalnışdır. Xəbəri kim yayıbsa araşdırılır və mütləq cərimələnəcək. Mən özüm də Ədliyyə Nazirliyinin Reyestr Xidmətinin rəisi ilə əlaqə saxladım və məsələni dəqiqləşdirdim. Xəbər Ədliyyə Nazirliyi tərəfindən verilməyib”. Oğlanlara qız, qızlara isə oğlan adlarının qoyulması məsələsinin mümkünlüyü sualına gəlincə, sədr müavini bildirdi ki, bu sistem tam nəzarətdədir: “Adlar Sistemi tam nəzarətdədir. Məntiqlə də düşünsək heç bir azərbaycanlı oğluna qız adı qoymaz. Bu xəbərləri yazan jurnalistlər hadisə yaratmağa çalışırlar. İstər ASAN xidmətdə, istərsə də VVAQ şöbələrində valideyinlərin təklif etdiyi adlara nəzarət edilir və belə hallara icazə verilmir”.

İnterpress.az