İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki,Yunan-Makedoniya sərhəddə gözləyən və Avropaya keçməyə icazə verilməyən qaçqınlar, etiraz məqsədi ilə dodaqlarını tikdi.
Avropaya keçid icazəsi verilməyən qaçqınların sərhədlərdəki dramı davam edir. Havaların soyuması və hətta bölgəyə ilk qarın yağması səbəbindən olduqca çətin şərtlərdə olan Yunan-Makedoniya sərhədindəki qaçqınlar, keçid icazəsi verilməməsini etiraz etmək məqsədilə dodaqlarını tikdi.
İranlı olduqlarını açıqlayan qaçqınlar, cümə günündən bəri iki ölkə arasındakı sərhəddə düşərgə qurublar.
Aclıq aksiyasına başlamaq hədəsi ilə qaçqınlardan birinin sinəsinə \”yalnız azadlıq\”, digər ikisinin isə sinə və alınlarına \”İran\” yazıldığı görünür.
Yüzlərlə qaçqının gözlədiyi Yunan-Makedoniya sərhədində; Suriyalı, İraqlı və Əfqan qaçqınların ölkəyə girməsinə icazə verilərkən, əsasən İran, Pakistan və Banqladeşdən Avropaya girmək istəyənlərin keçidi əngəllənir.
Etirazlardan sonra qaçqınların bir hissəsinin Yunanıstana qayıtdığı bildirilib.
İnterpress.az