İnterpress.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, başı örpəkli, misirli əkinçi qadına qoyulan bu heykəlin hündürlüyü 26 metr olacaqmış. Heykəl 14,6 metr hündürlüyündə özülün üstünə qoyulmalıymış.
ABŞ-ın Simithsonian İnsitiutunun dərgisində yayımlanan araşdırmada deyilir ki, fransalı Fredrik Bartoldinin Süveyiş kanalının girişi üçün nəzərdə tutduğu misirli əkinçi qadın heykəlinin adı da çox maraqlı imiş: “Misir, işığı Asiyaya daşıyır”.
Daha sonra heykəlin qoyulması üçün maliyyə ayırılmadığından fransız sənətkar bu işini yarımçıq buraxıb.
İndiki “Azadlıq Abidəsi”ni isə ABŞ dövlətinin yaranmasının 100 illiyi münasibətilə Fransa hökuməti hədiyyə edib. 1886-cı il dekabrın 28-də Nyu-York limanının girişində bu abidənin açılışını etdilər.
Abuzər
İnterpress.az