Amazonkalar üçün Parisə getdilər -Videobackend

Amazonkalar üçün Parisə getdilər -Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, bu məqsədlə Parisə gələnlərdən biri də qlobal istiləşmənin Amazon yağış meşələri üzərindəki mənfi təsirlərini bir-bir yaşayan Ekvador sakinlərindən Patrisia Qualinqa: \”Qlobal istiləşmənin təsirlərini azaltmaq üçün aparılan mübarizədə yerli xalqın aparıcı tərəflərdən biri kimi qəbul edilməsi üçün çalışırıq. Meşələrimizi müdafiə edirik. Reqionda neft və yeraltı sərvətlərin çıxarılmasının qarşısını ala və beləliklə, meşələrimizi qorumağı hədəf seçirik. Bu çərçivədə Ekvadorun Amazonkalar bölgəsindəki kiçik kəndlərdə yaşayan 1200 nəfər yerli sakinin, qlobal istiləşməyə qədər böyük bir problemi necə həll edəcəyinə dair bir yol tapmaq üçün Parisdəki \”COP21\” sammitinə gəldim \” dedi.

Ekvador yağış meşələri Yunesko tərəfindən mühafizə altına alınmış yerlər arasındadır. Patrisiyanın rəhbərlik etdiyi \”Kichwa\” kimi ekoloji təşkilatların, yerli hökumətin buna baxmayaraq neft şirkətinə regionda qazma işlərinə icazə verməsinə qarşı etiraz edir.

Bölgə xalqı öz nümayəndələrinin qərar mexanizmlərində söz haqqına sahib olmasını tələb edir.

İnterpress.az