İnterpress.az-ın verdiyi xəbərə görə, bu günlərdə nüfuzlu “TIME” dərgisi əsrlər sonra yaşanacaq 7 gerçəkliyi təqdim edib.
1. Gələcəkdə insanlar tək gözlü olacaq.
Məşhur doktor Tomas Hall Şastid 1933-cü ildə yazdığı bir məqalədə gələcəyin insanlarının tək gözlü (Cyclop) olacağını iddia etmişdi. Doktor tək gözlü insanların alınlarının həddindən artıq uzun olacağını xəbər verirdi.
2. İnsanlar gələcəkdə oxumağı bilməyəcəklər.
Gələcək haqqında iddiaları ilə məşhur olan alimlər bəzən də insanların oxumaq qabiliyyətinin tədricən zəifləyərək, heçə enəcəyi haqqında iddialar irəli sürür.
3. Bütün xəstəliklər yalnız bir dərmanla sağalacaq.
İsveçrəli həkim Frankois Ody 1956-cı ildə bütün xəstəlikləri sağaldacaq bir dərmanın kəşv olunacağı günün uzaqda olmadığını deyirdi. Amma görünür, o gün hələ çox uzaqdadır.
4. Gələcəkdə qida problemini çözmək üçün dəniz altında yosun becərən əkinçilərin sayı artacaq.
1966-cı ildə bu iddia ilə çıxış edən firmaların ehtimalı da yəqin ki, hələ çox uzaq illərdə reallığa çeviriləcək.
5. Zehin kontrolunu təmin edən dərman hazırlanacaq.
6. Kvadrat formasında yetişdiriləcək
Alimlər gələcəkdə qida texnologiyasının həddindən artıq inkişaf edəcəyini, hətta pomidorlarında kvadrat şəklində yetişdiriləcəyini xəbər verirlər.
7. Televizordakı görüntüləri hiss edəcəklər.
Bəzi alimlərin iddiasına görə, gələcəkdə insanlar televizordakı görüntüləri hiss edəcək, hətta qoxunu duya biləcəklər.
İnterpress.az