Maraqlı bir canlı: Nautilus – VİDEObackend

Maraqlı bir canlı: Nautilus – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Olduqca dərinliklərə enərək hiss olunmadan hərəkət edə bilən bu texnoloji mexanizmlərdən ölkələrin təhlükəsizliyini təmin etməkdə və bəzi elmi araşdırmalarda istifadə olunur. Sualtı gəmilərin işləmə sistemi aşağıdakı kimidir. Sualtı gəmilərdə mövcud olan xüsusi dalma sisternləri su ilə dolduqda gəmi sudan daha ağır olur və dibə dalır. əgər sisterndəki su təzyiqli hava ilə boşaldılsa, sualtı gəmi yenidən suyun üzünə çıxır.
Indi isə sizi sualtı gəmilərdə olan bu sistemdən istifadə edərək hərəkət edən çox maraqlı bir canlı ilə tanış edim. Bu canlı nautilusdur. Nautilus xitin örtüklü bir dəniz heyvanı olub sualtı gəmilər kimi suya dalır. Nautilusun bədənində 19 sm ölçüsündə ilbizin xitin örtüyünə bənzər bir orqan var. Bu orqanda bir- biri ilə bağlı olan 28 ədəd \”dalma hüceyrələri\” var. Bu dalma hüceyrələri sualtı gəmidə olduğu kimi eyni məntiqlə işləyir, yəni nautilusun təzyiqli havaya ehtiyacı var. Bu hava sualtı gəmilərdə xüsusi bir sistem qurulması ilə təmin edilir və mühəndislər bu sistemi sualtı gəminin müəyyən hissələrində yerləşdirirlər. Bəs onda nautilus suyu boşaltmaq üçün lazım olan bu sıxılmış havanı haradan alır? – Allahın yaratdığı qeyri- adi xüsusiyyətlərdən biri ilə tanış olağın. Nautilusun bədənində xüsusi bir qaz əmələ gəlir. Bu qaz qan dövranı vasitəsilə hüceyrələrə çatdırılaraq hüceyrələrdən suyun çıxmasını təmin edir. Nautilus ovlanmaq təhlükəsi ilə qarşılaşanda düşmənlərindən qaçmaq üçün bu şəkildə suyun dibinə enə və ya üzə çıxa bilir. Hətta nautilusun dalma qabiliyyəti sualtı gəmilərlə müqayisəyə gəlməyəcək dərəcədə yüksəkdir. Bir sualtı gəmi yalnız 400 metr dərinliyə enə bildiyi halda nautilus üçün 4000 metr dərinliyə enmək çox asandır. Həm də nautilusun qəribə xüsusiyyəti bununla bitmir. Dəniz altında çox böyük bir təzyiq var. Dərinliyə endiyiniz zaman qulaqlarınızda hiss etdiyiniz tutulma və təzyiqin səbəbi də bu təzyiqdir. Lakin sizə təsir edən çox aşağı təzyiqdir, dərinə endikcə basqı artıq və müəyyən dərinlikdən sonra canlılara öldürücü təsir göstərir. Nautilus isə çox kiçik olmasına və onu qoruyan yalnız bir xitin təbəqəsi olduğuna baxmayaraq bəzən tonlarla yük ağırlığında ola bilən bu təzyiq ona təsir etmir.

Maraqlı bir canlı: Nautilus - VİDEO

İnterpress.az