Leninin ən böyük sirri ortaya çıxdıbackend

Leninin ən böyük sirri ortaya çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın verdiyi xəbərə görə, bu barədə Rusiya mətbuatı geniş məqalə ilə çıxış edib. Məqalədə Lenin soyadının mənası açıqlanıb.
“Nədən Lenin özünə belə soyda seçdi?” adlı məqalədə, əsl soyadı Ulyanov olan Vladimir İliçin bəzi həyatının qaranlıq qalan bəzi məqamlarını işıqlandırıblar. Belə ki, məqalədə deyilir:
“İndiyə qədər Vladimir İliçin 1912-ci ildə Lena çayı sahilində fəhlələrin günahszı yerə öldürüldüyünə görə özünə Lenin soyadı götürdüyünü iddia edirdilər. Lakin bu iddia düzgün deyil. Çünki Lena çayındakı faciə 1912-ci ildə baş verib. Amma araşdırmalar zamanı Leninin bu ləqəbdən 1910-cu ildə istifadə etdiyini görürük”.
Məqalədə deyilir ki, Lenin 1900-cu ildə Sibir sürgünündən geri dönən kimi passport çıxartmaq üçün işə başlayır. Məqlədə eyilir ki, o zamankı dövlət müşaviri N.Leninin Marksizim tərəfdarı olan oğlu O.Lenin Vlaimir İliçlə dostlaşır. Müşavirin oğlu atasının ağır xəstə olduğunu əsas tutaraq, onun xarici pasportunu gizlincə Leninə verir. Xaricə N.Lenin adlı pasortla qaçan Lenin daha sonra soyadının əvvəlindəki N.adını da silir.

İnterpress.az