Rusiyada sirli obyekt təşvişə səbəb olub.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Başqırdıstanın Çişmi kəndi yaxınlığındakı tarlaya, naməlum tərkibi olan qara qutunun bağlandığı polietilendən hazırlanmış əldəqayırma uçan aparat düşüb.
Paraşütü olan naməlum qutu FSB, Fövqəladə Hallar Nazirliyinin, istehkamçıların və hərbçilərin diqqətini çəkib.
Paraşütlə “anonim bağlama” bütün yerli hüquq-mühafizə orqanlarını toplayıb, hətta Çişmi istiqamətində avtomobillərin hərəkəti dayandırılıb.
KİV-in məlumatına görə, təhlükəsizlik qüvvələri kopterdən istifadə edərək qəribə obyekti araşdırır və istehkamçılar eniş yerini mühasirəyə alıblar.
Tapıntının təhlükə olub-olmadığı hələlik məlum deyil.
aman Etibarlı
İnterpress.az