QHT sədrinə yeni vəzifə verildibackend

QHT sədrinə yeni vəzifə verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın verdiyi xəbərə görə, o, bu barədə öz facebook səhifəsində yazıb:
“Bu gün Əmək və Əhalinin Müdafiəsi naziri Səlim Müslümovla nazirlik yanında yaradılan İctimai Şuranın üzvü kimi görüşdük. Görüşdə qarşıda duran bir neçə vacib məsələlər, gələcək addımlar müzakirə edildi və Səlim müəllim üzvlük vəsiqələrini bizə təqdim etdi.
Ümid edirəm ki, İctimai Şura olaraq əhali ilə nazirlik arasında körpü rolunu oynaya biləcəyik. Qərar alındı ki, rübdə bir dəfə Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri ilə görüşüb müzakirələr aparaq”
Qeyd edək ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə yaradılmış İctimai Şura ilk iclasını keçirib.
İclası giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov müvafiq fəaliyyət sahələrində vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlığın qurulmasının nazirliyin əsas fəaliyyət prinsiplərindən biri olduğunu vurğulayıb.

QHT sədrinə yeni vəzifə verildi

Abuzər
İnterpress.az