“İkinci qıza görə heç kəs “10 min manat veriləcək” deməyib” – Nazirlikdən AÇIQLAMAbackend

“İkinci qıza görə heç kəs “10 min manat veriləcək” deməyib” – Nazirlikdən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev isə Modern.az saytının sorğusuna cavab olaraq bildirib ki, həvəsləndirmənin hansı formada olacağını qəti demək tezdir:

“Heç bir dövlət rəsmisinin dilindən “10 min manat veriləcək” ifadəsi çıxmayıb. Bu rəqəmi mətbuatın haradan tapdığı bilinmir. Sadəcə, bildirilib ki, müxtəlif variantlar var, onlardan biri də həvəsləndirmədir. Bunun hansı formada olacağını demək tezdir”.

Nazirliyin sözçüsü qeyd edib ki, doğulanlar arasında cins nisbətinin pozulmasının qarşısının alınması məqsədi ilə hazırlanacaq fəaliyyət planında abort siyasətinə yenidən baxılması və bir sıra başqa məsələlər nəzərdə tutulub:

“Proqramda hamiləliyin sonrakı dövrlərində ana və ya uşağın sağlamlığı üçün təhlükə olmadığı hallarda abortlara məhdudiyyətlərin qoyulması, həkimlərin məsuliyyətinin artırılması, bu sahədə qanunvericiliyin sərtləşdirilməsi, kontraseptiv vasitələrdən istifadə səviyyəsinin artırılması, qız uşaqları olan ailələrlə bağlı əlavə sosial proqramların hazırlanması və digər tədbirlərin nəzərdə tutulmasının zəruriliyi bildirilir”.

İnterpress.az