Rusiya qara qutunu canl yayımda açdı-YENİLƏNİBbackend

Rusiya qara qutunu canl yayımda açdı-YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Hazırda Rusiyanın əlində Su-24 təyyarəsinin Türkiyənin hava məkanını pozmaması ilə bağlı bütün sübutlar var\”.

ANS PRESS-in məlumatına görə, bunu Rusiya Federasiyasının hava-kosmik gücləri idarəsinin rəhbəri Sergey Dronov deyib. Onun sözlərinə görə, Rusiya bombardmançıları Türkiyə, onun vətəndaşları üçün heç vaxt təhlükə yaratmayıb.
Bu gün vurulan təyyarənin qara qutusunun açılması jurnalistlərə də nümayiş etdirilib.
Dronov deyib ki, açılan qara qutudan da bəlli olub ki, Rusiyaya məxsus təyyarə Türkiyə sərhədindən 4 kilometr aralıda vurulub və orada da tapılıb.

Rusiya qara qutunu canl yayımda açdı-YENİLƏNİB

(Sergey Dronov – Rusiya Federasiyasının hava-kosmik gücləri idarəsinin rəhbəri)

Rusiya Federasiyasının təhlükəsizlik xidmətinin informasiya-analitik bölməsinin müdiri polkovnik Andrey Semyonov qeyd edib ki, zərbə \”Su-24\”ün quyruq hissəsinə dəyib və bundan sonra təyyarə yerə enib. Ona görə də raket zərbəsi nəticəsində \”qara qutu\”nun mikrosxemləri zədələnib.

Rusiya qara qutunu canl yayımda açdı-YENİLƏNİB

(\”Su-24\” təyyarəsinin yerə enməsini əks etdirən xəritə)

Türkiyə və Rusiya arasında münasibətlərin gərginləşməsinə səbəb noyabrın 24-də Suriya-Türkiyə sərhədində, Türkmən dağı yaxınlığında Rusiyaya məxsus döyüş təyyarəsi – \”Su 24\”-ün Türkiyənin Hərbi Hava Qüvvələrlərinə məxsus F-16 qırıcısı tərəfindən vurulmasıdır. Türkiyə tərəfi \”Su-24\” təyyarəsinin Türkiyə ilə sərhədi pozduğu üçün vurulduğunu desə də, Rusiya bu iddiaları təkzib edir. Vladimir Putin Türkiyənin bu hərəkətini \”arxadan vurulan zərbə\” adlandırıb. Bundan sonra prezident Türkiyənin bir çox sahəsinə sanksiyalar da tətbiq edib.

**** ****
“Rusiya Müdafiə Nazirliyi Su-24-ün Türkiyə hava sərhədini pozmamasına dair bütün mühüm sübut bazasına sahibdir”. Bu açıqlama ilə bu ölkənin Hərbi Kosmik Qüvvələrinin baş komandan köməkçisi Sergey Dronov çıxış edib.

Onun sözlərinə görə, Rusiya tərəfindən türklərin F-16 qırıcısının rusların Su-24-ünü vurduğu ərazinin hava vəziyyəti ilə bağlı təqdim edilən faktlar heç bir ölkə, o cümlədən Türkiyə tərəfindən təkzib edilməyib.

Qeyd edək ki, hazırda Rusiya Su-24-ün “qara qutu”sunu jurnalistlərin iştirakı ilə açacaq. “Qara qutu”nun deşifrə edilməsində Böyük Britaniya və Çindən gələn ekspertlər də olacaq, baxmayaraq ki, Rusiya 14 ölkəyə belə bir təşəbbüs üçün müraciət etmişdi.

İnterpress.azhttps://youtube.com/watch?v=KPBkaWeXP-w