Ukraynanın yeni baş naziri amerikalı qadın olacaqbackend

Ukraynanın yeni baş naziri amerikalı qadın olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu xəbəri öz Tvitter səhifəsində ABŞ-ın Ukraynadakı eks-səfiri Stiven Payfer paylaşıb. O, təyinatın bu həftə baş tuta biləcəyini söyləyib.

Virtualaz.org xatırladır ki, Natalya Yaresko (Natali Enn Yaresko) Ukrayna əsilli ABŞ vətəndaşıdır. İllik gəliri 2 milyon dollar təşkil edən iş adamı kimi məşhurdur. Horizon Capital investisiya şirkətinin təsisçisi və keçmiş icraçı direktorudur.

2 dekabr 2014-cü ildən isə Ukraynanın maliyyə naziridir.

Onu da qeyd edək ki, hazırda Ukraynanın baş naziri Arseni Yasenyukdur. Bir müddət öncə mətbuat onun vəzifədən gedəcəyini və yerinə Mixail Saakaşvilinin gətiriləcəyini bildirmişdi. (virtualaz.org)


İnterpress.az