Yeniseysk rayonunda ayı avtomobil dayanacağının gözətçisini öldürüb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Yeniseysk rayonunda ayının meşə təsərrüfatı texnikasını qoruyan 39 yaşlı gözətçiyə hücum etdiyi bildirilir.
Hadisə Potapovo kəndi yaxınlığında baş verib.
Kişinin meyiti dünən axşam aşkarlanıb. Hazırda hadisə yerində istintaq əməkdaşları işləyir.
Xuraman Etibarlı
İnterpress.az






