Ən çox edam edən ölkələr – SİYAHIbackend

Ən çox edam edən ölkələr – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2015-ci ildə dünyada ən azı 1634 nəfər məhkəmə qərarı ilə edam olunub. Bu, 1989-cu ildən bəri qeydə alınan ən böyük edam sayıdır.

2015-ci ildə rekord sayda edam həyata keçirən ölkələr Çin, İran, Pakistan, Səudiyyə Ərəbistanı və ABŞ olub.

\”Amnesity İnternational\”ın məlumatına görə, Çin rəsmiləri edamların sayı barədə məlumatı məxfiləşdirsə də, hökmlərin sayı minlərlə olub. İran Yaxın və Ora Şərq regionunda edamların 82%-ni həyata keçirən ölkədir. Bundan başqa, yetkinlik yaşına çatmayanların edamına görə də İran dünya lideridir.

“Amnesty İnternational” bildirib ki, 2015-ci ildə Madaqaskar, Surinam, Fici və Konqo Respublikası edamdan imtina edib və beləliklə, hüquq sistemində edam nəzərdə tutmayan ölkələrin sayı 100-ü keçib.

Hazırda dünyada 20292 insan həbsxanalarda edam olunacağı günü gözləyir. Belarus Avropada ölüm hökmünü ləğv etməyən yeganə ölkədir. 2015-ci ildə burada 2 ölüm hökmü barədə qərar çıxarılsa da, hökmlərdən heç biri hələ ki icra olunmayıb.(Modern.az saytı təşkilata istinadən xəbər verir ki, (modern.az)

İnterpress.az