15 yaşlı məktəbli ona sataşan sinif yoldaşını BIÇAQLADI – FOTObackend

15 yaşlı məktəbli ona sataşan sinif yoldaşını BIÇAQLADI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xorvatiyada bullinqə məruz qalan 15 yaşlı məktəbli sinif yoldaşına bıçaqla hücum edib.

İnterpress.az xəbər verir ki, bu barədə Xorvatiya mediası məlumat yayıb.

Xorvatiyada 15 yaşlı Borna xarici görünüşünə görə sinif yoldaşlarının bullinqinə məruz qalıb və sinifdə kənarlaşdırılıb.

Hadisədən bir gün sonra yeniyetmə üzərində kəllə təsviri olan maska taxaraq bıçaqla sinif yoldaşına hücum edib.

Hadisə zamanı 59 yaşlı xadimçi də xəsarət alıb. O, yeniyetməni dayandırmağa çalışarkən hücuma məruz qalıb. Yaralanan məktəbli və xadim xəstəxanaya çatdırılıb.

Hücumdan sonra yeniyetmənin özünə xəsarət yetirməyi planlaşdırdığı, lakin polis tərəfindən saxlanıldığı bildirilir. Hadisə ilə bağlı araşdırma aparılır.

Xuraman Etibarlı

İnterpress.az