Lavrovun Bakı SƏFƏRİ:Rusiya Ermənistana şərt qoyacaqbackend

Lavrovun Bakı SƏFƏRİ:Rusiya Ermənistana şərt qoyacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri, deputat Asim Mollazadə açıqlamasında Lavrovun Bakı səfərinin perspektivini şərh edib. “Sirr deyil ki, Rusiya Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı öz müttəfiqi Ermənistana tələblər irəli sürəcək. Əks halda ermənilər təxribatlarını davam etdirəcək.

Onsuz da mülki əhali ermənilərin zərbələri altındadır. Dünən Naxçıvana da zərbələr endirilib. Bunun üçün biz gözləyirik ki, Rusiya Ermənistana təsir imkanlarından istifadə edərək işğlaçı qoşunları ərazilərimizdən çıxarsın”.
Asim Mollazadənin sözlərinə görə Ermənistanın öz qoşunlarını ərazilərimizdən çıxarmasında Rusiyanın imkanları genişdir. “Azərbaycanın hər zaman tələbi o olub ki, işğalçılar Azərbaycan torpaqlarından öz qoşunlarını çıxarsın.
Bütün beynəlxalq hüquq normaları kobud şəkildə pozulub. Ermənistanın atəşkəsi pozması nəticəsində uşaqlar, qadınlar erməni təcavüzünün qurbanı olub. Yeganə çıxış yolumuz işğalçıları ərzilərimizdən çıxartmaqdır. Məhz Rusiya addımlarını bu istiqamətdə atmalıdır. Rusiyanın da bunu həyata keçirmək imkanları var”. (modern.az)

İnterpress.az