Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Rasim Musabəyov bildirib.
Millət vəkilinin sözlərinə görə, Rusiya KİV-lərinin böyük əksəriyyəti, xüsusilə də federal televiziya kanlları ermənilərin lehinə \”şabaş\” təşkil etdiyi bir zamanda Ermənistanın özündə antirusiya kampaniyası geniş vüsət alır:
\”Qərbyönümlü, hakimiyyətdəki Sarkisyan rejiminə müxalifətdə olan KİV-lər və bu \”müttəfiq\” ölkənin siyasətçiləri \”Rusiyanın baş naziri Medvedevi Ermənistan analarından üzr istəməyə məcbur etmək\”, \”Moskvadan nəsə tələb etmək\”, hətta \”Rusiyanı cəzalandırmaq\” və s. kimi çağırışlar səsləndirirlər. Ermənilərin reallıq hissini tam itirdiklərini sübut etməyə əlavə yenə nəsə lazımdırmı? Ermənistan kimi dilənçi, vaxtilə Rusiya Dövlət Dumasının eks-spikeri Qrızlovun da vassal \”forpost\” adlandırdığı, hərbi, maliyyə və enerji mövcudluğu Rusiyanın hesabına təmin edilən bir ölkənin məgər, hələ məcbur etməyi demirik, ondan nəsə tələb etməyə ixtiyarı varmı? Bunu ağlın itirilməsi, bulanıq düşüncədən başqa nə iləsə izah etmək çətindir. Hərçənd, bu, tarixi \”erməni nankorluğu\” ənənələrinə tamamilə uyğun gəlir\”.(Milli)
İnterpress.az