Bu barədə Azərbaycan-Ermənistan təmas xəttində baş verən son qarşıdurmaları şərh edən \”armenianreport.com\” saytı yazıb.
\”Bizi aldatmağa davam edirlər ki, strateji əhəmiyyətli yüksəkliklər qaytarılıb. Onlar itkilərin həqiqi sayını gizlədirlər, hərçənd həqiqəti gizlətmək mümkün deyil. Xüsusən, hökmdarlarımız bizi həmişə inandırırdı ki, rəqibin təhdidləri boş səsdir. Onlar bizi aldadırdılar ki, Rusiya Azərbaycanın açıq hücumlarına imkan verməyəcək\”, – sayt yazıb.
Yazıda ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin son bəyanatı \”çox təhlükəli\” adlandırılıb:
\”Amerikalı həmsədr bildirdi ki, münaqişənin həlli üçün Ermənistanın qoşunları Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmalı və torpaqlar Bakıya qaytarılmalıdır. Bu isə onu göstərir ki, ərazilərin taleyi haqqında ABŞ və Rusiya səhnə arxasında razılaşır. Əfsuslar olsun ki, Ermənistan hakimiyyəti hadisələrin bu cür təhlükəli gedişatına hazır deyil. Təhlükənin dərəcəsi artmaqda davam edir\”.(Milli.az)
İnterpress.az