Ermənistan bu dəfə İsraili hədəfə aldıbackend

Ermənistan bu dəfə İsraili hədəfə aldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə yerli \”Haaretz\” qəzeti yazıb.
Məlumata görə, XİN-in \”Avrasiya\” şöbəsinin rəhbəri Dan Oriyanın aldığı sənəddə Azərbaycana silah tədarükünün dayandırılması tələbi yer alıb.

XİN-dəki yüksək vəzifəli mənbənin nəşrə verdiyi məlumata görə, sənəddə, xüsusilə Azərbaycan tərəfinin İsrailin IAI şirkətinə məxsus \”Harop\” pilotsuz uçan aparatından istifadə etməsi qeyd olunur.
\”Haaretz\” yazır ki, Melkonyan İsrail diplomatları ilə söhbətinin məzmunu barədə məlumat verməkdən imtina edib. Eyni zamanda o, qəzetin məlumatında göstərilən detalları da təkzib etməyib.

İsrail XİN-in mətbuat xidməti bu barədə şərh verməkdən imtina edib.

Qeyd edək ki, 2012-ci ildə Azərbaycan və \”Israel Aircraft Industries\” (IAI) şirkəti arasında \”Harop\” kamikadze-dronlarının tədarükünə dair böyük müqavilə imzalanıb. (qafqazinfo)

İnterpress.az