İnterpress.az-ın verdiyi xəbərə görə, bu məlumatı İngiltərənin \”Daily Mail\” qəzeti yayıb. Xəbərdə deyilir ki, Somali, Efiopya və Eritreyadan qaçaraq İtaliyaya çatmaq istəyən qaçqınların da içərisində olduğu 4 gəmi batıb. Gəmilərdəki sərnişinlərdən 400 nəfərinin qaçqınlar olduğu bildirilir.
Somali mediası isə xilasedicilərin sadəcə 29 sərnişini tapdığını bildirib.
Somalinin Misirdəki səfiri BBC-yə açıqlama verib. O, məlumatı təsdiqləyib və 400-dən çox köçkünün öldüyünü ehtimal etdiklərini bildirib.
Məlumata görə, gəmilər İtaliyaya getmək üçün Misirdən yola çıxıb.
İnterpress.az