Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) verdiyi xəbərə görə hərəkətli yolların qismən bağlanması Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu ilə əlaqədar həyata keçirilir.
Məlumata görə, hazırda Heydər Əliyev prospekti (kənar yol), Babək prospekti, Təbriz küçəsi, habelə Zərifə Əliyeva küçəsi (intensiv hərəkət), A.Bakıxanov küçəsi, Afiyəddin Cəlilov küçəsi və Bakı-Sumqayıt şossesində (paytaxta doğru) avtomobillərin hərəkəti hissə-hissə məhdudlaşdırılır.
İnterpress.az