Aprelin 24-də Nəsimi rayonunun D.Əliyeva küçəsində şəxsiyyəti məlum olmayan 2 nəfər Bakı şəhər sakini Arzu Qafarovanı bıçaqla hədələyib pul verməsini tələb edib, səs-küy yarandığından istədiklərinə nail ola bilməyib hadisə yerini tərk ediblər.
Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Saatlı rayon sakini Asim Əliyev və Ağsu rayon sakini Amal Allahverdiyev tutulublar.
Onlardan 1 ədəd bıçaq, 1 ədəd alışqan tapança, 2 cüt əlcək, 4 ədəd plastik xamut və 2 ədəd tibbi maska götürülüb.(apa)
İnterpress.az