Ermənistan prezidenti Serj Sarkisyan belə deyib. Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun Rusiya, ABŞ və Fransadan olan həmsədrləri danışıqların başlamasınadək etibarı yüksəltməlidirlər.
“Hansı tərəfinin məsuliyyət daşıdığını müəyyən etmək üçün təşkəs rejiminin pozulması hallarının istintaqı mexanizmi daxil olunmalıdır. Biz belə pozuntuların olmayacağına dair təminat istəyirik” – Sarkisyan “Bloomberg” agentliyinə belə deyib.
Onun sözlərinə görə, hansısa an danışıqlar onsuz da başlayacaq, ancaq indi vəziyyət tamam başqadır.
“Biz danışıqlar apararkən, hərbçilər hərbi əməliyyat apararaq münaqişəni həll etməyə cəhd edə bilərlər” – Sarkisyan belə deyib.
O qeyd edib ki, 5 apreldə Moskvada əldə olunan sözlü atəşkəs razılaşması qüvvəsini saxlayır.
“Əldə olunan atəşkəs kifayət etməz və daha böyük toqquşmalara gətirib çıxara bnilər. Qoşun, artilleriya və tanklar geri çəkilməyib. Baş verənlər hər an təkrarlana bilər” – Sarkisyan belə deyib.(avrupa.info)
İnterpress.az