AZAL-ın sabiq rəhbərindən Cahangir Əsgərova TƏKLİFbackend

AZAL-ın sabiq rəhbərindən Cahangir Əsgərova TƏKLİF

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir ilə yaxındır ki, AZAL qiymətlərin ucuzlaşdırılması ilə bağlı addımlar atır. Qiymətlər ucuzlaşdırıldığı üçün yükün çəkisi azaldıldı, uçuş biletinə yemək xərcləri aid edilmədi.

Eyni zamanda AZAL tərəfindən keçirilən digər kampaniyalar da nəticə vermədi. Bu isə Azərbayan milli aviakompaniyasının imicinə zərbə vurur. Çünki ölkəmizə gələn əcnəbilər yeniliklər barədə məlumatlı olmadığı üçün AZAL təyyarələrindən istifadə etdiyi zaman sürprizlərlə qarşılaşırlar.

AZAL-ın sabiq rəhbəri Ədalət Əliyev Modern.az-a açıqlamasında bildirib ki, hər aviakompaniya özü öz siyasətini aparırır.
“Onun siyasətinin də düzgün, ağıllı aparılması onun rəhbərliyindən, uzaqgörənliyindən, şəfaf işindən asılıdır. Bu olmazsa min dənə problem ortaya çıxır. Əgər şirkətin işi qaneedici olsaydı, bu qədər suallar yaranmazdı. Hesab edirəm ki, hakimiyyətin kifayət qədər təftiş gücü var ki, ayırd edib ortaya çıxarsın”.

AZAL-ın sabiq rəhbərindən Cahangir Əsgərova TƏKLİF

İnterpress.az