Erməni mətbuatı qan ağlayırbackend

Erməni mətbuatı qan ağlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan ordusunun işğalçı tərəfin hərbi obyektlərinə açdığı cavab atəşi nəticəsində itki verdiyini erməni tərəf də etiraf edib.

İnterpress.az-ın news.am-a istinadən verdiyi xəbərə görə, ordumuzun düşmənin atəş nöqtələrinə endirdiyi zərbələr nəticəsində 1996-cı il təvəllüdlü hərbi qulluqçu Ayk Minasyan ölümcül yaralanıb. Bu barədə separatçı Dağlıq Qarabağ rejiminin yaydığı məlumata görə, əsgərin həyatını xilas etmək mümkün olmayıb.

Erməni saytı eyni zamanda Azərbaycan ordusunun atəşi nəticəsində dağılmış evlərinin fotolarını yayıb.

Erməni mətbuatı qan ağlayır

İnterpress.az