“Lürmə” salatı
Tərkib:
1 ədəd iri badımcan
1 diş sarımsaq
20 qr süzmə
½ dəstə şüyüd
¼ dəstə nanə
Duz, istiot
Hazırlanması:
Badımcan közdə bişirilir. Qabığı təmizlənib xırda doğranır. Üzərinə xırda doğranmış sarımsaq, göyərti əlavə edilir. Salata süzmə əlavə olunur, duz, istiot səpilib qarışdırılır. “Lürmə” salatı şüyüd yarpağı ilə bəzədilib süfrəyə verilir.
İnterpress.az